Azərbaycan milli komandası Belarusda 3-cü yer üçün yarışacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda yarışacaq.
"Mediasport" xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv sabah Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtilə saat 15:40-da başlanacaq.
Xatırladaq ki, B qrupunu 6 xalla ikinci pillədə başa vuran millimiz Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) seçmələrinə qalib gəlib.