"Qəbələ" "Lill"in sabiq futbolçusu ilə 1 illik müqavilə bağladı

"Qəbələ" "Lill"in sabiq futbolçusu ilə 1 illik müqavilə bağladı

Premyer Liqaya hazırlaşan “Qəbələ” 4-cü transferini rəsmiləşdirib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Luanı transfer edib.

“Qırmızı-qaralar” 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalayıblar.

Ba Luanın son klubu Fransa təmsilçisi “Kan” olub. O, daha əvvəl ASEK (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.