İntizam Komitəsi "Qarabağ"ı 8 min, "Neftçi"ni min manat cərimə etdi
AFFA İntizam Komitəsi Premyer Liqanın 4 klubunu cərimələyib.
"Mediasport" xəbər verir ki, 33-cü turun "Sumqayıt" - "Qarabağ" (3:4) oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğu üçün birincilər 2500 manat cərimə ödəyəcək.
"Qarabağ" fanatları isə bu qarşılaşmada pirotexniki vasitədən istifadə edib. Bu səbəbdən "atlılar" 8000 manat ziyana düşüb.
"Kəpəz" - "Neftçi" görüşündə (0:1) "sarı-göylər"in 4 oyunçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimələnib.
"Neftçi"li İfeanyi Metyu birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.
Bu səbəbdən "ağ-qaralar" 1000 manat cərimə edilib və futbolçuya 6 ay sınaq müddəti təyin olunub.


