"Kurban Berdıyevin "Turan Tovuz"la müqaviləsi var və işini davam etdirəcək" - AÇIQLAMA

"Baş məşqçimiz Kurban Berdıyevin "Turan Tovuz"la müqaviləsi var və işini davam etdirəcək".
Bu fikirlər Tovuz klubundan "Mediasport"un sorğusuna cavabda bildirilib.
Açıqlamada qeyd olunub ki, komandada heç bir qarışıq və ya sual doğuran məsələ yoxdur:
"Komanda istirahətə yollanıb, futbolçularımız ailələri ilə birlikdədir. Klubda işlər plan üzrə davam etdirilir. Transfer çalışmalarımızı aparırıq, gələn və gedən oyunçular olacaq.
Bununla yanaşı, infrastruktur layihələrimizi planlaşdırırıq. "Turan Tovuz" növbəti mövsümə daha güclü hazırlaşacaq".
Qeyd edək ki, qərblilər yeni başa çatan Azərbaycan Premyer Liqasında bu mövsüm 4-cü yeri tutublar.