Orxan Türkiyədə iki oyunda qol vurdu, komandası uduzmadı

Orxan Türkiyədə iki oyunda qol vurdu, komandası uduzmadı

Azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi Qırğızıstanın "Özkənd" klubu yeni mövsümə Türkiyə hazırlaşır.

"Mediasport" xəbər verir ki, komanda toplanış çərçivəsində iki yoxlama oyunu keçirib.

Hücumçu hər iki matçda qol vurub. O, "Şakvar" (Macarıstan) ilə 1:1 başa çatan matçda fərqlənib.

Daha sonra Rusiyanın "Çayka" kollektivi üzərində qazanılan qələbədə pay sahibi olub - 3:2.

Qeyd edək ki, "Özkənd"də Orxanla yanaşı, digər azərbaycanlılar - Ramin Əhmədov və İldar Alekperov də çıxış edirlər.