"Sabah" müdafiəçisi ilə vidalaşdı
"Sabah" müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən Masazır təmsilçisinin formasını geyinib.
O, bu müddətdə ümumilikdə 62 oyun keçirib, 4 qol vurub.
Noqeyra "Sabah"la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.


