İdmançılarımız 2026-cı ilin ilk yarısında neçə medal qazanıblar?

  İdmançılarımız 2026-cı ilin ilk yarısında neçə medal qazanıblar?

Paralimpiyaçılarımızın 2026-cı ildə beynəlxalq turnirlərdə qazandıqları medalların sayı artıq 50-ni keçib.

"Mediasport" xəbər verir ki, idmançılarımız ilin ilk yarısında 13 qızıl, 19 gümüş və 19 bürünc olmaqla ümumilikdə 51 medal qazanıblar.

Bu medalların 17-si Avropa çempionatlarında qazanılıb. İlin ikinci yarısında paralimpiyaçılarımız növbəti dünya və qitə çempionatlarında mübarizə aparacaqlar.