PFL-dən "8 Mart" layihəsi

Peşəkar Futbol Liqası (PFL) Beynəlxalq Qadınlar Günü münasibətilə layihə həyata keçirib.
"Mediasport" xəbər verir ki, Azərbaycan Premyer Liqasında bu gün keçirilən 26-cı turun “Araz-Naxçıvan” - “Qarabağ” matçından əvvəl futbolçular stadiona gül, özəl və fərqli dizayn olunmuş formalar hədiyyə edilən azyaşlı qızlarla birlikdə çıxıblar.
Qurum komandalarına dəstək olmağa gələn qadın azarkeşləri də unutmayıb. Onların hər birinə gül hədiyyə edilib.