PFL mart ayının ən yaxşı qol müəllifini mükafatlandırdı
Futbol üzrə Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsinin növbəti qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qalib adını "Qaradağ Lökbatan"ın futbolçusu Emil Quluzadə qazanıb.
O, təşkilatçı Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırılıb.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı 22-ci turun "Quba" qarşılaşmasından əvvəl qurumun Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
