Portuqaliya DÇ-2026 ilə vidalaşdı, İspaniya millisi 1/4 finala yüksəldi
Futbol üzrə 23-cü dünya çempionatında 1/8 finalın növbəti matçı baş tutub.
"Mediasport" xəbər verir ki, portuqaliyalı superulduz Kriştianu Ronaldunun formasını geyindiyi Portuqaliya yığması mundialın favoritlərindən İspaniya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma "qırmızı furya"nın 1:0 hesablı qələbəsilə yekunlaşıb.
Beləliklə, Portuqaliya Dünya Kuboku ilə vidalaşıb, İspaniya isə 1/4 finala adını yazdırıb.
Buna qədər Fransa, Mərakeş, Norveç, İngiltərə seçmələri artıq mundialın növbəti raunduna vəsiqəni təmin ediblər.


