Premyer Liqa klubunun futbolçusu 1-ci Liqada oynayacaq

Premyer Liqa klubunun futbolçusu 1-ci Liqada oynayacaq

Qarşıdakı mövsüm futbol üzrə Azərbaycan 1-ci Liqasında çıxış edəcək "Səbail" heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, Bayıl klubu Turan Vəlizadəni transfer edib.

"Dənizçilər" yarımmüdafiəçini "Araz-Naxçıvan"dan icarəyə götürüblər.

Anlaşmanın müddəti bir mövsümlük nəzərdə tutulub.