“Qarabağ” - “Turan Tovuz” görüşünün biletləri satışa çıxarıldı

 “Qarabağ” - “Turan Tovuz” görüşünün biletləri satışa çıxarıldı

Noyabrın 6-da Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdır.

Azarkeşlər matç günü QR biletlərini stadionun kassasından və ya iticket.az platformasından əldə edə bilərlər.

Stadionun qapıları qarşılaşmanın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

“Azərsun Arena”da baş tutacaq görüş saat 18:00-da start götürəcək.