"Araz-Naxçıvan" 30-a çatdı

"Araz-Naxçıvan" 30-a çatdı

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 33-cü turunda "Zirə"ni məğlub edib (3:2).

"Mediasport" xəbər verir ki, Muxtar Respublika təmsilçisi 30-cu ev qələbəsini qazanıb.

Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

Komanda ilk ev qələbəsini 2000/01 mövsümündə əldə edib.

2001-ci il martın 12-də Quba "Şahdağ"ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.

"Araz-Naxçıvan" turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.