"Neftçi"nin yetirməsi çempionatın autsayder klubuna transfer edildi

 "Neftçi"nin yetirməsi çempionatın autsayder klubuna transfer edildi

1-ci liqada yarışan "Şimal" heyətini gücləndirib.

"Mediasport" xəbər verir ki, böölkə klubu "Neftçi"nin yetirməsi Cavanşir Şahbazlını transfer edib.

22 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Xatırladaq ki, Azərbaycanın U-19 millisinin sabiq üzvü vaxtilə "Bakı"nın da formasını geyinib.

"Şimal" çempionatda 12 turdan sonra 5 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.