"Qarabağ" Belçika klubunun seneqallı üzvünü "hədəfə aldı"

"Qarabağ" Belçika klubunun seneqallı üzvünü "hədəfə aldı"

"Qarabağ"ın transfer siyahısına yeni ad daxil olub.

"Mediasport" xəbər verir ki, bu, Belçikanın Pro Liqasında yarışan "Standard" klubunun üzvü Umar Diufdur.

Afrika mətbuatı yazır ki, Ağdam klubu seneqallı hücumçu üçün qış fasiləsində Lyej təmsilçisinə rəsmi müraciət edəcək.

Azərbaycan çempionunun 22 yaşlı forvardla yaydan maraqlandığı bildirilir. Diufun transfer dəyəri 500 min avrodur.

Xatırladaq ki, "Standard"la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Umar vətənində "Daru Salam", Türkiyədə "Rizəspor", Şimali Kiprdə isə "Gənclik Gücü" klublarının formasını geyinib.

Forvard cari mövsüm bütün turnirlər daxil 17 oyunda meydana çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.