"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi Aleksey İsayevlə vidalaşmağı planlaşdırır.

Az oyun şansı qazanan 29 yaşlı yarımmüdafiəçi özünü yeni komandada sınamaq istəyir. Alekseyin icarəyə verilməsi də mümkündür.

Mövsümün sonlarında zədələnən və əməliyyat olunan futbolçunun növbəti hazırlıq dönəmində düşərgəni tərk edəcəyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" İsayevlə 2024-cü ilin yanvarında 3.5 illik müqavilə bağlayıb.