"Qarabağ" İtaliyaya yollandı

 "Qarabağ" İtaliyaya yollandı

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunda "Napoli"nin qonağı olacaq "Qarabağ" İtaliyaya yola düşüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan çempionunu yarımadaya aparan təyyarə Heydər Əliyev Beynəlxaq Aeroportundan saat 19:00-havaya qalxıb.

Qurban Qurbanovun komandası sabah günün ikinci yarısında matçın keçiriləcəyi "Dieqo Armando Maradona" stadionunda məşqə çıxacaq.

Noyabrın 25-də keçiriləcək matç Bakı vaxtilə saat 00:00-da başlanacaq.