Asim Xudiyev Avropa Konfrans Liqası matçına təyinat aldı

 Asim Xudiyev Avropa Konfrans Liqası matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, Avropa Konfrans Liqasının I təsnifat mərhələsində iş başında olacaq.

Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru təyin edilən Xudiyev Bosniya və Herseqovinadan olan ədalət təmsilçilərinin işinə qiymət verəcək.

Görüş iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burcanadze” stadionunda oynanılacaq.