"Sabah"ın futbolçusu hər iki turnirin bombardirlər siyahısında qərarlaşdı

"Sabah"ın futbolçusu Coy Lens Mikels avrokubokların cari mövsümündə iki turnirdə bombardirlər siyahısında qərarlaşıb.
"Mediasport" xəbər verir ki, vinger həm UEFA Avropa Liqası, həm də UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələlərində ən sərrast oyunçulardan biridir.
Avropa Liqasında "Çelye"yə səfərdə üç qol vuran almaniyalı siyahısda yalnız iki futbolçudan geri qalır.
"Sabah" bu turnirdə mübarizəni dayandırdığından Mikels qol hesabını artıra bilməyəcək.
Avropa Konfrans Liqasında mübarizəni davam etdirən Masazır təmsilçisinin üzvü "Petrokub" ilə oyunda da 3 qol vurub və turnirin bombardirləri siyahısında dörd futbolçudan geridədir.
Nikolay Hansen ("Vikinqur", İslandiya) 6, Sander Svendsen ("Vikinq", Norveç) 5, Pavel Savitski ("Neman Qrodno", Belarus) və Dioqo Pinto ("Olimpiya", Sloveniya) hərəyə 4 dəfə fərqləniblər.