"Qarabağ"a hörmət etməliyik" - "Şkendiya"nın baş məşqçisi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya"nın baş məşqçisi Jeton Begiri Ağdam klubu ilə keçirəcəkləri matçlardan danışıb.
"Mediasport" xəbər verir ki, o, komandasının şanslarını dəyərləndirib:
"Biz növbəti rəqibimiz "Qarabağ"a mütləq hörmət etməliyik. Bu, FKSB kimi, çox ciddi və mütəşəkkil komandadır. Mənim və oyunçularım üçün əsas olan odur ki, formamıza hörmət edək, sona qədər mübarizə aparaq və sonda nəticəni görək".
Şimali Makedoniya təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FKSB klubunu mübarizədən kənarlaşdırıb (1:0, 2:1).
Xatırladaq ki, "Şkendiya" və "Qarabağ" arasında baş tutacaq ilk görüş avqustun 5-də Skopyedə keçiriləcək.