Azərbaycan çempionatını tərk edəcək komandanın adı dəqiqləşdi

Azərbaycan çempionatını tərk edəcək komandanın adı dəqiqləşdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında sonuncu tur start götürüb.

"Mediasport" xəbər verir ki, 26-cı turun ilk oyun günündə 3 matç keçirilib.

Sonuncu yeri tutacaq komandanın adı dəqiqləşib.

İki namizəd - "Lerik" və "Füzuli"nin duelində məğlub olan Qarabağ təmsilçisi çempionatı tərk edəcək və yeni mövsümə AFFA Region Liqasında başlayacaq.

Bütün qarşılaşmalar saat 17:00-a təyin edilib.

Qeyd edək ki, sabah əsas mübarizə çempionluğun taleyini müəyyənləşdirmək olacaq.

Həmçinin, pley-off oynayacaq komandaların adları bilinəcək.

Son turun nəticələrindən asılı olmayaraq, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni təmin ediblər.


Azərbaycan 2-ci Liqası. 26-cı tur


20 may (çərşənbə axşamı)

“Füzuli” – “Lerik” 1:0

Şamaxı OİK stadionu

“Kür-Araz” – “Ağdaş” 1:4

Heydər Əliyev adına İmişli şəhər stadionu

“Şimal” – “Göygöl” 2:0

Siyəzən şəhər stadionu


21 may (çərşənbə) 

“Şəmkir” – “Sheki City”

Şəmkir OİK stadionu

“Araz Saatlı” – “Hypers Guba”

Saatlı OİK stadionu

“Dinamo” – “Şahdağ Qusar”

Binə qəsəbə stadionu

“Qusar” – “Şəfa”

Neftçi Futbol Mərkəzi (IV meydança)