"Kral"ı Yevlaxdan buraxmadılar

 "Kral"ı Yevlaxdan buraxmadılar

1-ci Liqada yeni mövsümə hazırlaşan “Karvan-Yevlax” növbəti müqaviləni açıqlayıb.

"Mediasport" xəbər verir ki, Aran klubu Peter Nqozi Kinqslə anlaşmanı yeniləyib.

3 ildir heyətdə olan hücumçu növbəti mövsümü də yevlaxlılarla keçirəcək.

Nigeriyalı forvard “Karvan-Yevlax”da 58 oyuna 11 qol vurub.