"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oynayacağı stadion məlum oldu

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oynayacağı stadion məlum oldu

UEFA Konfrans Liqasında yarışacaq “Qarabağ”ın 3-cü təsnifatda Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə ilk oyununun yeri, vaxtı və hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, avqustun 6-da Polşanın Lublin şəhərindəki eyniadlı stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qarşılaşmanı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaqlar.

Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək.

VAR-da Yakb Kelet, AVAR-da isə Yens Maye işləyəcək.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 13-də Bakıda reallaşacaq.