Azərbaycan çempionu ÇL matçlarını harada keçirəcək?
Futzal üzrə UEFA Çempionlar Liqasında yarışacaq “Araz-Naxçıvan”ın qrupun oyunlarını keçiriləcəyi məkan açıqlanıb.
"Mediasport" xəbər verir ki, ölkə çempionunun matçları oktyabrın 27-dən 30-dək Polşanın Qlivitse şəhərindəki “PreZero Arena”da təşkil ediləcək.
13 min 752 azarkeş tutumuna malik arena 2018-ci ildə istifadəyə verilib.
5-ci qrupda yer alan təmsilçimizin rəqibləri “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları olacaqlar.

