"Tvente" 17 il əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda...

 "Tvente" 17 il əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda...

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu üçün Bakıya gələcək Niderlandın "Tvente" klubu komandalar arasında 17 il əvvəl baş tutan ilk qarşılaşmanı xatırlayıb.

"Mediasport" xəbər verir ki, klubun rəsmi saytı 2009-cu ildəki iki oyundan ibarət duelin Bakıdakı cavab matçına həsr olunmuş xüsusi yazı dərc edib.

Həmin vaxt komandalar UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəlmişdi.

Məqalədə qeyd edilib ki, 2009-cu il avqustun 20-də Niderlandda keçirilən ilk görüşdə “Qarabağ” hesabı açsa da, “Tvente” ikinci hissədə Brayan Ruisin dublu və Duqlasın qolu sayəsində 3:1 hesablı qələbə qazanmışdı:

Bir həftə sonra Bakıda keçirilən cavab qarşılaşması isə qolsuz heç-heçə ilə başa çatmış və “Tvente” Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdi.

Xatırladaq ki, “Qarabağ” və “Tvente” həmin dueldən sonra 2014-cü ildə də UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşıblar.

Həmin vaxt Bakıda 0:0 hesablı heç-heçə qeydə alınıb, Niderlanddakı cavab görüşü isə 1:1 başa çatıb və səfərdə vurulan qol qaydasına əsasən “Qarabağ” qrup mərhələsinə yüksəlib.

Hazırkı qarşıdurmanın ilk hissəsi Niderlandda keçirilib və “atlılar" səfərdə qələbə qazanıblar - 1:0.

Cavab görüşü avqustun 27-də məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.