Vaqif Cavadovla Aqil Nəbiyevə məşqçiliyi Aslan Kərimov öyrədir

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
"Mediasport" xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib.
Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.
Kursda Vaqif Cavadov ("Sumqayıt"), Aqil Nəbiyev (U-17 milli komanda), Rəşad Abdullayev (Neftçi-2"), Fərid Namazov ("İmişli") və digər mütəxəssislər iştirak edir.