"Qarabağ"ın yetirməsi liqanın debütantı ilə müqavilə bağladı

 "Qarabağ"ın yetirməsi liqanın debütantı ilə müqavilə bağladı

1-ci Liqada debüt edəcək "Xankəndi" heyətinə daha bir futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Nihad Tamazovu transfer edib.

U-21 milli komandamızın mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

"Qarabağ"ın yetirməsi karyerası ərzində "Şamaxı-2", "Qaradağ Lökbatan" və "İmişli"də oynayıb. Son klubu MOİK olub.