İsayevə AFFA-da vəzifə verildi

İsayevə AFFA-da vəzifə verildi

Veteran futbolçu Mirbağır İsayevə AFFA-da vəzifə verilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi UEFA-nın Elit Məşq Layihəsinə yeni rəhbər təyin olunub.

Mirbağır İsayev 1994-1999-cı illərdə yığmamızın heyətində 10 oyun keçirib, 1 qol vurub.