Yığmamız özbəkləri məğlub etdi
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız Daşkənddə yerli yığma ilə qarşılaşıb.
Görşüş futbolçularımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19-un heyətində Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) fərqləniblər.
Yığmamız bu rəqiblə fevralın 7-də ikinci dəfə üz-üzə gələcək.
