"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm"

"Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm"

"Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".

"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"ın futbolçusu Marko Yankoviçə məxsusdur.

Son günlər Ağdam klubundan ayrılacağı danışılan yarımmüdafiəçi sosial şəbəkə hesabında 2025-ci ili dəyərləndirib:

30 yaşlı monteneqrolu komandasına minnətdarlığını ifadə edib:

"İl ərzində görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram".