Azərbaycan - Macarıstan matçını idarə edəcək hakimlər açıqlandı

Azərbaycan - Macarıstan matçını idarə edəcək hakimlər açıqlandı

İyunun 10-da Bakıda Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı Belarusdan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Viktor Şimusikə yan xətdə Sergey Kasavets və Anton Qusev kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.

“Liv Bona Dea Arena”da baş tutacaq matç saat 22:00-da başlanacaq.