Taekvondoçmularımız Qazaxıstan və Özbəkistandan 6 medalla qayıtdı

Azərbaycan taekvondoçuları Qazaxıstan və Özbəkistanda keçirilən açıq beynəlxalq turnirlərdə 6 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən yarışda Rüqəyyə Əliyeva (28 kq) və Aylin Salahlı (41 kq) qızıl, Çilingir Gökalp (36 kq) isə gümüş mükafat əldə ediblər.
Daha sonra Özbəkistanın paytaxtı Daşkəndə yollanan idmançılar iyunun 7-də “Grand Master” taekvondo klubunun təşkilatçılığı ilə keçirilən turnirdə qüvvələrini sınayıblar.
Ç.Gökalp (36 kq) bu dəfə bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib, A.Salahlı (41 kq) da çempionluğunu yeniləyib.
R.Əliyeva (28 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıb.