"Neftçi"nin qapıçısı "Qəbələ"ni seçməsinə aydınlıq gətirdi

"Neftçi"nin qapıçısı "Qəbələ"ni seçməsinə aydınlıq gətirdi

"Başqa klublardan da təkliflərim var idi. Lakin "Qəbələ" mənə daha doğma gəldiyi üçün buranı seçdim".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı Rza Cəfərov deyib.

"Qəbələ"yə icarəyə verilən qolkiper mətbuat xidmətinə açıqlamasında seçimini şərh edib:

"İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq".

R.Cəfərov azarkeşlərə də müraciət ünvanlayıb:

"Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək".