Hakimlərin otağına girən klub prezidentinin cəzası açıqlandı
AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.
"Mediasport" xəbər verir ki, buna Premyer Liqanın 30-cu turunun "Kəpəz"lə oyununda yaşananlar səbəb olub.
Baş məşqçi Saşa İliç matç bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyunluq cəza alıb, komandası 5 000 manat cərimə ödəyəcək.
Klubun prezidenti Riad Rəfiyev isə görüşdən sonra hakimlər otağına daxil olduğuna görə 2-si şərti olmaqla, 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.
"Gənclik şəhəri" təmsilçisi həmçinin 5 000 manat cərimə edilib.
