Azərbaycan Premyer Liqası klubu Portuqaliyadan baş məşqçi gətirdi

Azərbaycan Premyer Liqası klubu Portuqaliyadan baş məşqçi gətirdi

“Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.

"Mediasport" xəbər verir ki, “kimyaçılar” Filip Kandido ilə anlaşıb.

Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə bağlanıb.

Kandidonun son iş yeri “Pasuş de Fereyra” olub.

O, ölkəsində “Boavişta”, “Nasyonal” kimi klublarda da çalışıb.