"Neftçi"nin yola saldığı hücumçu Liviya klubu ilə müqavilə bağladı

2024/2025-ci illər mövsümünü "Neftçi"də keçirmiş Dembo Darbo özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, qambiyalı hücumçu karyerasını Liviyada davam etdirəcək.
Forvard paytaxt Tripoli təmsilçisi "Əl Əhli"yə keçib. Tərəflər arasında bir mövsümlük müqavilə bağlanıb.
Xatırladaq ki, "ağ-qaralar"da heyətə düşə bilməyən 27 yaşlı futbolçu Bakı klubunda 16 oyuna 5 qolla yadda qalıb.