Bu gün 6 güləşçimiz yarışacaq, Cioyev qızıl medal görüşünə çıxır
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparacaq.
Əvvəlcə İslam Bazarqanov (61 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq) və Ali Tsokayev (92 kq) xalça üzərinə çıxacaq.
Axşam seansında isə Arseniy Cioyev (86 kq) final görüşünü keçirəcək. Güləşçimizin rəqibi amerikalı dörqat dünya çempionu Kayl Deyk olacaq.
Giorgi Meşvildişvili (125 kq) bürünc medal duelində gücünü sınayacaq.
DÇ noyabrın 1-də yekunlaşacaq.
Komandamızın aktivində hələlik 3 medal var: yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) gümüş mükafat əldə edib.

