Qurban Qurbanovun Bəhlulla görüşməməsinə dair AÇIQLAMA

“Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var".
Bu barədə "Mediasport"a "Qarabağ"dan məlumat verilib.
Ağdam klubundan "Sabah"la 1:1 başa çatan oyundan sonra platardəyişmə otağında futbolçuları bir-bir təbrik edən baş məşqçi Qurban Qurbanovun Bəhlul Mustafazadə ilə əl sıxışmamasının birmənalı qarşılanmamasına aydınlıq gətirilib.
Qeyd olunub ki, baş məşqçi ilə futbolçu arasında münasibətlər yüksək səviyyədədir, ümumiyyətlə, Qurban Qurbanov o xarakterdə məşqçi deyil ki, futbolçusunu təbrik etməsin:
"Baş məşqçimiz klubun bəzi işçiləri və futbolçularının elə stadiondaca təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı".
Qeyd edək ki, "köhlən atlar" Masazır səfərində 12-ci çempionluğu rəsmiləşdirib.