Həbib Bakı təəssüratlarını paylaşdı: "Azərbaycan, çox sağ olun"

"Azərbaycan, çox sağ olun. Bu günlər heyrətamiz idi".
"Mediasport" xəbər verir ki, bu fikirlər UFC çempionu Həbib Nurməhəmmədova məxsusdur.
Bakıda "UFC Fight Night" gecəsin məşqçi kimi qatılan dağıstanlı idmançı ölkəmizə səfəri ilə bağlı paylaşım edib.
Qeyd edək ki, 36 yaşlı idmançı Bakı Kristal Zalında qazaxıstanlı Maksum Azata qalib gələn həmyerlisi Taqir Ulanbekovun məşqçisi olub.