Renat Dadaşov 84 dəqiqə oynadı, komandasına kömək edə bilmədi

Renat Dadaşov 84 dəqiqə oynadı, komandasına kömək edə bilmədi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşa Yüksək Liqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi "Motor" 11-ci tur çərçivəsində "Rakuv"un qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

84 dəqiqə meydanda olan forvard sarı vərəqə ilə "fərqlənib".

Lüblin təmsilçisi 11 xalla 14-cü sıradad qərarlaşıb.