Azərbaycan milli komandası bu stadionda meydana çıxacaq
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə qarşılaşacağı Litva kollektivi ilə səfər oyununun stadionu dəqiqləşib.
"Mediasport" xəbər verir ki, millimiz sentyabrın 27-də 2022-ci ildə tam yenilənmiş “Darius and Girenas" stadionunda meydana çıxacaq.
Kaunas şəhərində yerləşən arenanın futbol matçları üçün azarkeş tutumu 15 min nəfərlikdir.
Ayxan Abbasovun rəhbərlik etdiyi komandamızın qrupda digər rəqibi Lixtenşteyn seçməsi olacaq.
Qrup görüşləri ənənəvi qaydada (ev-səfər prinsipi) keçiriləcək.
UEFA Millətlər Liqası, D Liqası. 2-ci qrup
27 sentyabr
18:00. Litva - Azərbaycan
1 oktyabr
21:00. Azərbaycan - Lixtenşteyn
4 oktyabr
18:00. Azərbaycan - Litva
13 noyabr
23:45. Lixtenşteyn - Azərbaycan
