Millimizin üzvünün klubu evdə PSV üzərində qələbə qazandı
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi “Volendam” Niderland Yüksək Liqasında (Erediviziya) növbəti oyuna çıxıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin komandası 23-cü tur çərçivəsində evdə lider PSV ilə qarşılaşıb.
Görüş “Volendam”ın gözlənilməz qələbəsi ilə yekunlaşıb - 2:1. Ozan 84 dəqiqə meydanda olub.
Xallarının sayını 24-ə çatdıran “Volendam” turnir cədvəlində 14-cü sıraya yüksəlib.
