Ən yaxşı futbol klubu məlum olacaq: Avropadan 4 namizəd var

Kişi futbolunda 2025-ci ilin ən yaxşı futbol klubu mükafatına namizədlər müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bunlar "Barselona" (İspaniya), "Botafoqo" (Braziliya), "Çelsi", "Liverpul" (hər ikisi İngiltərə) və PSJ-dir (Fransa).
Qalibin adı sentyabrın 22-də - "Qızıl top" mükafatının təltifetmə mərasimində müəyyənləşəcək.