"Globe Soccer Awards 2025"in qaliblərinin adları açıqlandı
2010-cu ildən dünya futbolunda il ərzində müxtəlif nominasiyalar üzrə ən yaxşılara verilən "Globe Soccer Awards 2025"in qaliblərinin adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, tədbir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
Beləliklə, ilin ən yaxşı kişi futbolçusu adını PSJ-dən fransalı Usman Dembele qazanıb. O, "Real"dan Kilian Mbappe, "Barselona"dan Rafinya və Lamin Yamal, həmçinin komanda yoldaşı Vitinyanı qabaqlayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci ilin ən yaxşı baş məşqçisi, ispaniyalının rəhbərliyində oynayan Vitinya ilin ən yaxşı yarımmüdafiəçisi ünvanına yiyələnib.
İlin ən perspektivli futbolçusu kimi PSJ-dən Desire Due mükafat alıb.
İlin ən yaxşı kişi komandası mükafatı PSJ-yə verilib.
"Barselona"nın ulduzu Lamin Yamal ilin ən görkəmli oyunçusu kimi "Maradona" adına mükafata və ilin ən yaxşı hücumçusu adına layiq görülüb.
Əfsanəvi Kristiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbulçusu, Portuqaliya milli komandası ilin ən yaxşı yığması seçilib.
Ən yaxşı qadın futbol klubu "Barselona", ən yaxşı qadın futbolçusu bu komandanın kapitanı Aytana Bonmati olub.
Uzun müddətdən sonra futbola qayıdan fransalı Pol Poqbaya isə ilin ən yaxşı geri dönüşü mükafatı təqdim edilib.
