Planetin ən dəyərli futbol klublarının yeni siyahısı açıqlandı
Planetin ən dəyərli futbol klublarının yenilənmiş siyahısı tərtib edilib.
"Mediasport" xəbər verir ki, sıralamanın lideri İngiltərənin "Mançester Siti" komandasıdır.
Cədvəldə Madrid "Real"ı ikinci, PSJ üçüncüdür.
Dünyanın ən dəyərli 15 futbol klubu
1. "Mançester Siti" (İngiltərə) - 1,43 milyard avro
2. "Real" (Madrid, İspaniya) - 1,37 milyard avro
3. PSJ (Fransa) - 1,36 milyard avro
4. "Arsenal" (İngiltərə) - 1,31 milyard avro
5. "Çelsi" (İngiltərə) - 1,26 milyard avro
6. "Barselona" (İspaniya) - 1,19 milyard avro
7. "Bayern" (Almaniya) - 1,04 milyard avro
8. "Liverpul" (İngiltərə) - 980 milyon avro
9. "Tottenhem" (İngiltərə) - 941 milyon avro
10. "Mançester Yunayted" (İngiltərə) - 802 milyon avro
11. "İnter" (İtaliya) - 684 milyon avro
12. "Brayton" (İngiltərə) - 646 milyon avro
13. "Nyukasl" (İngiltərə) - 594 milyon avro
14. "Atletiko" (İspaniya) - 576 milyon avro
15. "Bornmut" (İngiltərə) - 550 milyon avro


