Azərbaycan çempionatında pley-in mərhələsinin proqramı açıqlandı
Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsüm yekunlaşıb və pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.
"Mediasport" xəbər verir ki, raundun görüşləri aprelin 3-10-u aralığında baş tutacaq.
Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala yüksələcək.
“Quba” “Şəki” ilə, “Naxçıvan” “Sərhədçi” ilə, “Gəncə” “Lənkəran”la, NTD isə “Sumqayıt”la qarşılaşacaq.
Tərəflər arasında cavab oyunları aprelin 6-7-də keçiriləcək.
Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.
Xatırladaq ki, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada başa vurmuş "Sabah", "Abşeron Lions", "Neftçi" klubları və B qrupunun birincisi "Ordu" komandası birbaşa pley-offda (1/4 final) mübarizə aparacaq.
