Azərbaycan yığmasının baş məşqçisi ilə yeni müqavilə bağlandı

 Azərbaycan yığmasının baş məşqçisi ilə yeni müqavilə bağlandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliçlə müqavilənin müddəti uzadılıb.

Bu barədə "Mediasport"a Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

Onun sözlərinə görə, serbiyalı mütəxəssislə sentyabr ayında başa çatacaq sözləşmə yenilənib. O, daha 1 il yığmaya başçılıq edəcək.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması tarixində ilk dəfə Raşa Deliçin rəhbərliyi altında “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edib.

Yığma ötən il Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.