Qış dövründə "Sabah"dan gedən oyunçuların sayı 4-ə çatdı - RƏSMİ
"Sabah" daha bir futbolçusu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, Masazır təmsilçisi Ayaz Quliyevlə vidalaşıb.
29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Quliyev 2023-cü ildən formasını geyindiyi "bayquşlar"ın heyətində 54 oyun keçirib.
Xatırladaq ki, komandanı bu qış Boyan Letiçlə Neqoş Kupusoviç də tərk edib. Rauf Rüstəmli isə "Karvan-Yevlax"a icarəyə verilib.
