"Sabah" 1-ci mərhələni keçsə, bu 7 klubdan biri ilə qarşılaşa bilər - UÇL
"Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mümkün rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu bu raundda daha güclü rəqiblə üz-üz gələ bilər.
Mübarizəyə 1-ci təsnifatdan başlayacaq "bayquşlar" mərhələni uğurla keçsələr, "Srvena Zvezda" (Serbiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Lex" (Polşa), "Çelye" (Sloveniya), "Omoniya" (Kipr), "Şemrok" (İrlandiya), "Hapoel" (Beer-Şeva, İsrail) klublarından biri ilə qarşılaşa bilər.
Qitənin birinci dərəcəli klub turnirinin ilk mərhələsinin püşkü iyunun 16-da atılacaq.
Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.


