Millimizin sabiq üzvü və Premyer Liqanın bombardiri "Zəngəzur"da
2-ci Liqada debüt edən "Zəngəzur" heyətini 4 oyunçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, region təmsilçisi təcrübəli futbolçulardan Cavid Tağıyev, Nurlan Novruzov, Şahin Zəkiyev, Tural Qürbətov anlaşıb.
Oyunçularla 1 mövsümlük müqavilə bağlanıb.
Azərbaycan yığmasının heyətində iki oyun keçirmiş Cavid Tağıyev karyerası ərzində "Qarabağ", "Zirə", "Turan Tovuz", AZAL, "Sabah", "Səbail" kimi klublarda forma geyinib.
Nurlan Novruzov isə tarixə qovuşmuş "Bakı"nın heyətində Premyer Liqada bombardir olub.
Xatırladaq ki, "Zəngəzur" AFFA Region Liqasının son çempionudur.


